Ana Sayfa > İqtisadiyyat > Niyazi Səfərov:

Niyazi Səfərov:


18-02-2020, 13:25. Yazar: sevinc1
Niyazi Səfərov:


Azərbaycanda hibrit avtomobillərin istehsalı üçün zaman lazımdır. Burada kifayət qədər böyük investisiya, texnologiya tələb olunur.

Bunu mətbuata açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu məsələ gündəmdədir:

"İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları ilə bu məsələləri müzakirə edir. Buna zaman lazımdır və ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi tələbat olmalıdır. Ölkədə istifadə olunan hibrit avtomobillərinin çoxu ikinci əl bazarıdır və ona görə də qiymətləri aşağıdır”.

N.Səfərov qeyd edib ki, Nazirlər Kabinetinin ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması ilə bağlı verdiyi qərar hökumət tərəfindən bu sahəyə ciddi dəstəkdir.

Nazir müavini əlavə edib ki, Azərbaycanda avtomobil sənayesi yenidən qurulur:

"Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə qurulan avtomobil layihələrinə sahibkarlar tərəfindən böyük maraq var.

Digər layihələr də var ki, sahibkarlarla müzakirə səviyyəsindədir. Bu sahəyə maraq var və hökumət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndirilməlidir. Bu qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, eyni zamanda sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərardır”.(oxu.az)

aia.az
Geri dön