Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Ankaranı qana boyayan terrorçu budur

Ankaranı qana boyayan terrorçu budur


18-02-2016, 13:49. Yazar: admin
Ankaranı qana boyayan terrorçu budur
Kürd əsilli Suriya vətəndaşı ötən ilin iyul ayında Türkiyəyə keçib


Türkiyənin paytaxtı Ankara şəhərində terakt törədən şəxsin kimliyi aşkarlanıb.

aia.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, hadisə yerində tapılan cəsəd qalıqlarının ekspertizasından sonra terrorçunun 24 yaşlı kürd əsilli Suriya vətəndaşı Salih Nacar olduğu müəyyənləşib. Polis onun cəsədinin qalıqlarından barmaq izini aşkarlayıb və kimliyini müəyyən edib.

Aydın olub ki, S.Nacar PKK terror təşkilatının Suriyadakı qolu hesab edilən PYD/YPG-nin üzvü olub. O ötən ilin iyul ayında Suriyadan gələn qaçqınlarla birlikdə Türkiyəyə daxil olub.

Salih Nacarla əlaqədə olan 2 nəfərin saxlandığı bildirilir.
Geri dön