Ana Sayfa > Parlament > Bakı polisi axtarışda olan 15 nəfəri saxladı
Bakı polisi axtarışda olan 15 nəfəri saxladı18-02-2020, 10:22. Yazar: sevinc1 |
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb. Onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. BŞBPİ-nin Mətbuat Xidmətindən aia.az -a verilən məlumata görə, narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib. Baş vermiş oğurluq əməlləri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir. aia.az Geri dön |