Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı
Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı18-02-2020, 09:55. Yazar: sevinc1 |
Bakıda Kliniki Tibbi Mərkəzdə koronavirus təhlükəsilə karantində saxlanılan tələbələr evə buraxılıb. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb. Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur. aia.az Geri dön |