Ana Sayfa > Manşet / Siyasət > Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək -
Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək -17-02-2020, 17:40. Yazar: sevinc1 |
Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu, seçkilərin ümumi nəticəsinə heç bir təsir göstərmir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. M.Pənahov bildirib ki, bu videogörüntülər təqribən seçki məntəqələrinin 3 faizində qeydə alınıb: "Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlməz hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, belə hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”. aia.az Geri dön |