Ana Sayfa > Manşet / Gündəm > MSK 7 seçki məntəqəsinin nəticələrini ləğv etdi

MSK 7 seçki məntəqəsinin nəticələrini ləğv etdi


17-02-2020, 17:00. Yazar: sevinc1
MSK 7 seçki məntəqəsinin nəticələrini ləğv etdi


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.



aia.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.



MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər:



“Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb.



İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib".



Nəticələri etibarsız hesab edilən seçki məntəqələri bunlardır: 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçi məntəqəsi.



34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. Bu dairənin lider namizədi Mixail Zabelindir.Report

aia.az
Geri dön