Ana Sayfa > Karusel / Dünya > Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb17-02-2020, 15:53. Yazar: sevinc1 |
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 12,06 faiz artaraq 22,307 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. 2020-ci ilin yanvarında Türkiyənin kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 10,6 faiz artıb və 1,7 milyarda bərabər olub. Yanvar ayında Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,5 faizini təşkil edib. Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı əvvəlki illə müqayisədə 5,07 faiz artaraq 322,295 miilyon dollara bərabər olub. aia.az Geri dön |