Ana Sayfa > Gündəm > Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı
Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı17-02-2020, 10:25. Yazar: sevinc1 |
![]() Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-də 28 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyən olunaraq açılması təmin edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir. aia.az Geri dön |