Ana Sayfa > Gündəm / Manşet / Karusel > "Günəşli" yatağında həyatını itirənlərin ailə üzvlərinə iş veriləcək – SOCAR

"Günəşli" yatağında həyatını itirənlərin ailə üzvlərinə iş veriləcək – SOCAR


18-02-2016, 12:37. Yazar: admin



"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş, vəfat etmiş şəxslərin ailə üzvlərindən biri SOCAR-da işlə təmin olunacaq. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyib.

"Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək", - deyə A. Bəkirli bildirib.
Geri dön