Ana Sayfa > Manşet / Gündəm > Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi
Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi13-02-2020, 17:04. Yazar: sevinc1 |
![]() Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, 80 sayı İmişli-Beyləqan Seçki Dairəsinin seçki məntəqələrində pozuntu faktlarına dair müraciətlər daxil olub. O qeyd edib ki, ekspert qrupu müraciəti araşdırıb və 49 seçki məntəqəsindən 29-da pozuntuların olmasına dair qərara gəlib. “Qərar layihəsində bildirilib ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilsin”, - deyə A.Muxtarova məlumat verib. İclasda müvafiq seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, Çingiz Qənizadə həmin dairədə lider namizəd idi. aia.az Geri dön |