Ana Sayfa > Ölkə > İcra Hakimiyyəti:

İcra Hakimiyyəti:


13-02-2020, 16:06. Yazar: sevinc1
İcra Hakimiyyəti:


Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işlərinə başlanılıb.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Apparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.

Şöbə müdiri bildirib ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib və hazırda bu plana uyğun olaraq gücləndirilmiş rejimdə işlər görülür:

“Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi və onun yerləşdiyi təqribən 1000 metr uzunluğu, 25 metr eni olan parkda bir sıra işlər görülür. Adıçəkilən ərazidə prospekt boyu abadlıq-quruculuq işlərinin başlandığı artıq bir həftədir. Vaxtı ötmüş yaş örtüklər dəyişdirilir, dekorativ kollar və ağaclar yenilənir. Bunun üçün artıq sifarişlər də olunub. Bundan əlavə, park boyu abidəyəcən olan məhəccərlər rənglənir, prospektdəki səkilər təmir olunaraq yenilənirlər”.

P. İmanov əlavə edib ki, həmçinin işıqlandırma sisteminə baxış keçirilir:

“Küçəboyu bütün işıqlandırma sisteminə yenidən baxış keçirilir və yoxlanılır. Əgər hər hansısa bir problem aşkarlanarsa, dərhal aradan qaldırılacaq. Ərazidə olan obyektlərin estetik görkəmi üzrə də işlər görülür”.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı - Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

aia.az
Geri dön