Ana Sayfa > Dünya > Nazarbayevin nəvəsi Böyük Britaniyadan siyasi sığınacaq istəyir

Nazarbayevin nəvəsi Böyük Britaniyadan siyasi sığınacaq istəyir


13-02-2020, 13:11. Yazar: sevinc1
Nazarbayevin nəvəsi Böyük Britaniyadan siyasi sığınacaq istəyir


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniya dövlətindən siyasi sığınacaq istəyir.

“İnterfaks” agentliyi məlumat verir ki, bu barədə Aysultan Nazarbayev özünün “Facebook” səhifəsində yazıb.

Aysultan siyasi sığınacaq istəməsini ailəsi tərəfindən təzyiqlərə məruz qalması ilə əlaqələndirib.

Nəvə Nazarbayev əlavə edib ki, Rusiya ilə Qazaxıstan dövlətləri arasında baş verən böyükhəcmli korrupsiya əlaqələrindən xəbərdardır və bu barədə “The Times” nəşrinə verdiyi müsahibədən tanış olmaq mümkündür.

aia.az
Geri dön