Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda sabiq deputatın oğlu silahla saxlanıldı

Bakıda sabiq deputatın oğlu silahla saxlanıldı


12-02-2020, 17:16. Yazar: sevinc1
Bakıda sabiq deputatın oğlu silahla saxlanıldı


Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən 1 ədəd tapança, güllə ilə dolu daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, saxlanılan T.Əhmədov sabiq deputat, əvvəllər məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın oğludur.

Gülər Əhmədovanın oğlunun saxlanılması ilə bağlı ilk xəbəri "Baku.ws" saytı yayıb.
Geri dön