Ana Sayfa > Siyasət > Vüqar İskəndərovun təbliğat təşviqat kampaniyası uğurla davam edir

Vüqar İskəndərovun təbliğat təşviqat kampaniyası uğurla davam edir


5-02-2020, 12:30. Yazar: sevinc1
Vüqar İskəndərovun təbliğat təşviqat kampaniyası uğurla davam edir


“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”



Vüqar İskəndərovun təbliğat təşviqat kampaniyası uğurla davam edir. Namizədin öz seçiciləri ilə görüşü böyük coşğu və izdihamla baş tutub. 250-dən çox sakinin iştirak etdiyi tədbirdə YAP seçki qərargahının təbliğatçıları şəhərin hər yerində YAP-ın namizədinə göstərilən etimada görə sakinlərə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, kampaniya çərçivəsində müşahidələr onu göstərir ki, sakinlər namizəd seçimindən olduqca razıdırlar. Ölkə rəhbərinin qədim tarixi olan Şəki üçün belə gənc və potensiallı namizədi irəli sürməsini böyük həvəs və coşğu ilə qarşılayıblar. İştirakçılar çıxışlarında Vüqar İskəndərovun şəhərə bağlılığını, vətənpərvər olmasını, həmçinin gənclərə bu istiqamətdə yol göstərməsini xüsusilə qeyd ediblər. Sonda isə Vuqar İskəndərov həm YAP rəhbərliyi tərəfindən namizəd göstərilməsini görə həm də şərəfli missiyanı həyata keçirmək üçün ona dəstək verəcək sakinlərə öz minnətdarlığını bildirib. Qeyd edib ki, partiya platformasına nəzər salan hər kəs görə bilər ki, YAP-ın növbəti seçkilərdə qələbə çalması Azərbaycanın inkişafına daha da təkan verəcək.


aia.az




Geri dön