Ana Sayfa > Karusel / Parlament > Bakıda tələbə qız faciəli şəkildə öldü
Bakıda tələbə qız faciəli şəkildə öldü12-02-2020, 10:07. Yazar: sevinc1 |
Bakıda tələbə dəm qazından boğulub. APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dördüncü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb. aia.az Geri dön |