Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Timoşenko hakimiyyətə qarşı müxalifətə keçdi

Timoşenko hakimiyyətə qarşı müxalifətə keçdi


17-02-2016, 15:53. Yazar: admin
Timoşenko hakimiyyətə qarşı müxalifətə keçdi

Yuliya Timoşenkonun başçılıq etdiyi “Batkivşina” partiyası hakim koalisiyadan çıxdığını bəyan edib.
Bu haqda Timoşenko özü bildirib. O, deyib ki, hakim koalisiyanı tərk etmək haqda qərar səhər iclasında qəbul olunub.

O, hökumətin istefası məsələsi ilə bağlı parlamentdə keçirilən səsvermə haqda deyib ki, gizli qalan hər şey aydın oldu. Dünən Arseni Yatsenyuka etimadsızlıq göstərilməsi ilə bağlı keçirilən səsvermə baş tutmamış, qətnamə qəbul olunmamışdı. 226 səs tələb olunduğu halda qərarın lehinə 194 deputat səs vermişdi.

Hökumətin istefaya göndərilməsi ilə bağlı məsələ bir də payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Xatırladaq ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenko Yatsenyuku istefa verməyə çağırmışdı. Poroşenko iddia edir ki, hakim koalisiyada yaramış çatlar ölkəni dərin və davamlı siyasi böhrana salıb.
Geri dön