Ana Sayfa > Siyasət > Sadiq Qurbanov təbliğat kampaniyasına yekun vurur -

Sadiq Qurbanov təbliğat kampaniyasına yekun vurur -


6-02-2020, 19:00. Yazar: sevinc1
Sadiq Qurbanov təbliğat kampaniyasına yekun vurur -


Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov bu gün YAP Şabran rayon təşkilatının fəalları ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində son görüşünü seçki qərargahında keçirib.

Çox aktiv keçən görüş YAP namizədinin 9 fevral 2020-ci ildə keçriləcək parlament seçkilərində qələbə qazanmaq arzusu və ümidi ilə başa çatıb.

S.Qurbanov bu gün həmçinin Şabran rayonu Hacıqaraqaşlı, Xəlilli, Sarvan və Liman kəndlərinin mərkəzində yerləşən rəsmi görüş yeri olan, məktəbdə olub.

Bir az problemlərdən, bir az da prespektivlərdən söhbət aparılıb. Sakinlər 9 fevral 2020- ci ildə seçkiyə gələrək YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

aia.az





Geri dön