Ana Sayfa > Siyasət > Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək
Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək11-02-2020, 11:07. Yazar: sevinc1 |
Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq. aia.az Geri dön |