Ana Sayfa > Ölkə > Gənclər növbəti dəfə “Könüllü qonaq” təşəbbüsünə qoşuldular

Gənclər növbəti dəfə “Könüllü qonaq” təşəbbüsünə qoşuldular


10-02-2020, 15:09. Yazar: sevinc1
Gənclər növbəti dəfə “Könüllü qonaq” təşəbbüsünə qoşuldular



Regionlarda “Könüllü qonaq” təşəbbüsü öz axarında, dayanmadan davam edir. Gənclərimiz böyük həvəs və eyni zamanda məsuliyyətlə təşəbbüsdə iştirak edirlər.

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Qazax və Şəmkir gəncləri tərəfindən davam etdirilib. Gənclər rayonları ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinlərin evinə baş çəkiblər.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

aia.az









Geri dön