Ana Sayfa > Manşet / Gündəm > Ramil Usubovun oğlunun yerinə təyinat
Ramil Usubovun oğlunun yerinə təyinat10-02-2020, 14:18. Yazar: sevinc1 |
![]() Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Reportxəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Vilayət Eyvazovun əmri ilə DİN BCAİ-nin rəis müavini, polis polkovniki Raul Usubov işdən azad olunaraq Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi. aia.az Geri dön |