Ana Sayfa > Manşet / Gündəm > Könül Nurullayeva:
Könül Nurullayeva:10-02-2020, 12:50. Yazar: sevinc1 |
![]() Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsindən namizəd olan Könül Nurullayeva 46.1% səslə qalib gəlib. Öz təşəbbüsü ilə seçkilərdə iştirak edən K. Nurullayeva Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəridir. O seçkilərdəki qalibiyyəti ilə bağlı ilk təəssüratlarını Modern.az-la bölüşüb. K. Nurullayeva ona etimad göstərən bütün seçicilərinə təşəkkür edib: “Çox böyük dəstək göstəridilər. Biz 22 gün çalışdıq, seçicilərin etimadını, dəstəyini qazanmağı hədəflədik. Onların dəstəyi olmasaydı bu gün qalib ola bilməzdim. Bacardığım qədər kampaniyanın aktiv keçməsinə səy göstərdim, insanların bir-bir evlərinə getmişik. Tək-tək, kütləvi görüşlər keçirdik. Bu gün bütün çalışmamızın nəticəsini görürük. Əminliklə deyə bilərəm ki, xalqımın etimadını doğrultmaq üçün bundan sonra da çalışacağam”. Geri dön |