Ana Sayfa > Manşet / Siyasət > Məşhur Məmmədov:

Məşhur Məmmədov:


10-02-2020, 12:43. Yazar: sevinc1
Məşhur Məmmədov:


Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri başa çatdı.



Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə əsasən səs çoxluğu ilə seçkilərdə qalib gələn namizədlərin adları bəllidir.



Yeni Azərbaycan Partiyası 70 saylı Masallı Şəhər Seçki Dairəsi tərəfindən namizədliyi irəli sürülmüş Məşhur Məmmədov 64.8% səs çoxluğu ilə qalib gəlib.



Növbədənkənar parlament seçkilərində səs çoxluğu ilə qalib gələn Məşhur Məmmədov ilk açıqlamasını Modern.az-a verib.



O qeyd edib ki, Milli Məclisdə hər bir seçicisinin səsi olacaq: “Seçicilərimlə görüşlərdə nə sözlər demişəmsə, deputat kimi fəaliyyətimə başlayanda da elə olacam. Hətta daha yaxşı olmağa çalışacam. Seçicilərimiz bizi ona görə seçiblər ki, daima onların yanında elə onların səsi olaq. Hər zaman seçicilərimin qaldırdığı məsələləri həll etməyə çalışacam. Hər bir seçici məhz onların yanında olmağım üçün mənə səs veriblər”.



Məşhur Məmmədov ona dəstək olanlara da təşəkkür edib:



“Seçicilərimin hər birinə minnətdaram ki, mənə səs veriblər. Hesab edirəm ki, layiqli namizədlərinə də səs veriblər. Həm Yeni Azərbaycan Partiyasına, həm Kütləvi nformasiya Vasitələrinə, onların əməkdaşlarına, həm də dostlarımıza dəstək verdiyiniz üçün təşəkkür edirəm”.



Məşhur Məmmədov Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub, 8-ci sinfə qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Neft və Kimya institutunda təhsil alıb. Təhsil aldığı müddətdə o vaxtki qaydalara uyğun olaraq hərbi xidmətə gedib, Rusiyanın Kirov vilayətində hərbi xidmət keçib. Daha sonra təhsilini davam etdirib. Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçib leytenant rütbəsi alıb. 90-cı ildən Masallı rayonundakı “Xarrat”kooperativində çalışmağa başlayıb.



Ailəlidir. 2 oğlu, 2 qızı, 3 nəvəsi var.

aia.az
Geri dön