Ana Sayfa > Manşet / Cəmiyyət > Prokurorluq aptekdəki intiharla bağlı məlumat yayıb

Prokurorluq aptekdəki intiharla bağlı məlumat yayıb


7-02-2020, 16:03. Yazar: sevinc1
Prokurorluq aptekdəki intiharla bağlı məlumat yayıb


Fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Bakı şəhər prokurorluğundan aia.az-a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön