Ana Sayfa > Media / Manşet / Karusel > Bura yalnız zorlanmış kişi və oğlanlar müraciət edə bilərlər.

Bura yalnız zorlanmış kişi və oğlanlar müraciət edə bilərlər.


19-06-2015, 10:43. Yazar: admin


Zorlanan kişilər üçün xəstəxana açıldı

İsveçdə qeyri-adi xəstəxana açılıb.

Aia.az ANS PRESS-in məlumatına görə,xəbər verir ki, Stokholmda açılan xəstəxanada yalnız kişilərə və gənc oğlanlara yardım göstəriləcək. Yəni bura yalnız zorlanmış kişi və oğlanlar müraciət edə bilərlər.

Qeyd edək ki, bu vaxta qədər dünyada bir çox tibbi müəssisəsi var ki, orada yalnız zorlanmış qızlar və qadınlar müalicə alırlar. Lakin indiyə qədər cinsi təcavüzə məruz qalan kişi və oğlanlar üçün müalicə müəssisəsi yox idi.

Qeyd edək ki, belə tibb müəssisəsinə ehtiyac ötən ildən yaranıb. Çünki son illər İsveçdə kişilərin cinsi təcavüzə məruz qalması faktları çoxalıb. Statistikaya görə, 2014-cü ildə 370 kişi zorlanıb. Onlar əsasən öz həmcinsləri tərəfindən zorakılığa məruz qalıblar.

Ekspertlər hesab edirlər ki, ötən il daha çox kişi cinsi təcavüzə məruz qalıb. Lakin onların 370 nəfəri müraciət edərək qeydə alınıb.
Geri dön