Ana Sayfa > Karusel / Parlament > Qubada başlayan güclü yanğında üç ev tamamilə yandı -
Qubada başlayan güclü yanğında üç ev tamamilə yandı -7-02-2020, 12:51. Yazar: sevinc1 |
Quba Rayonunun Qarxun kəndində güclü qasırğa baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə zamanı üç ev tamamilə yanıb. Baş verən güclü külək kənd sakinlərinin evlərinə zərər vurub. Ot tayalarında başlayan yanğın evlərə keçib. Hadisə yerinə iki helikopter cəlb edilib. 12:17 Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır: “Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”. aia.az Geri dön |