Ana Sayfa > Gündəm > AŞPA-nın müşahidə missiyası Azərbaycanda işə başladı
AŞPA-nın müşahidə missiyası Azərbaycanda işə başladı7-02-2020, 12:48. Yazar: sevinc1 |
![]() Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası bu gündən Azərbaycanda işə başlayıb. Azvision.az xəbər verir ki, bu barədə qurumun Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter” hesabında yazıb. “AŞPA-nın müşahidə missiyası bu gündən işə başlayıb. Biz indi media, vətəndaş cəmiyyəti nümayəndələrini dinləyirik, daha sonra ATƏT DTİHB seçki müşahidə missiyası, həmçinin siyasi partiyalar və müstəqil namizədlərlə görüşəcəyik”, - deyə Şennak vurğulayıb. Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Geri dön |