Ana Sayfa > Parlament > Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı
Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı7-02-2020, 11:55. Yazar: sevinc1 |
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da 26 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 4, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir. aia.az Geri dön |