Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov yeni rəis təyin etdi
Vilayət Eyvazov yeni rəis təyin etdi7-02-2020, 10:54. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyində daha bir təyinat olub. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib. O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi. aia.az Geri dön |