Ana Sayfa > Manşet / Gündəm > ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı7-02-2020, 10:41. Yazar: sevinc1 |
![]() Albaniyanın Baş naziri, ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama Dağlıq Qarabağ, Dnestryanı münaqişələrindən və Ukrayna böhranından danışıb. Oxu.Az-ın xəbərinə görə, E.Rama Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zaman ölkəsinin ATƏT-ə sədrliyi dövründəki prioritetləri açıqlayıb. O bildirib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir. E.Rama ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) Cenevrə görüşü barədə də söz açıb. O qeyd edib ki, Cenevrə danışıqlarında münaqişənin həlli üçün əsas rol oynaya biləcək elementlər müzakirə edilib. Xatırladaq ki, yanvarın 29-30-da Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti raundu keçirilib. aia.az Geri dön |