Ana Sayfa > Dünya / Aia TV / Karusel > Leyla Bədirbəylinin nəvəsi “dəlixanalıq” oldu – FOTOLAR

Leyla Bədirbəylinin nəvəsi “dəlixanalıq” oldu – FOTOLAR


16-02-2016, 16:15. Yazar: admin



Azərbaycanın və keçmiş SSRİ-nin ən gözəl aktrisası hesab olunan Leyla Bədirbəyli səhnəyə ilk dəfə Dövlət Filarmoniyasında rəqqasə kimi çıxır. Elə ilk ailəsini də 16 yaşında həmkarı Fərəc Cavanşirovla qurur. Bir il sonra Cavanşir adında oğlan övladları olur. Çox keçmir, cütlük ayrılır.
1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan Sevda Cavanşirova dövrünün ən məşhur aktrisası Leyla Bədirbəylinin ilk evliliyindən olan Cavanşir adlı övladının qızıdır. Sevda Cavanşirova 1963-cü ildə Bakının Nərimanov rayonunda dünyaya göz açıb.
1 saylı Respublika Psixiatriya Xəstəxanasında qolu sındığı üçün 3 saylı şəhər xəstəxanasına gətirilən Sevda Cavanşirova fevralın 13-də cərrahiyyə əməliyyatı olunub. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, məşhur aktrisanın 53 yaşlı nəvəsinin səhhəti hazırda stabildir.
Xatırladaq ki, Leyla Bədirbəyli 1995-ci ildə ikinci həyat yoldaşını avtomobil qəzasında itirir. Çox keçmir ki, ikinci evlilikdən olan qız övladı da yol qəzasının qurbanı olur. Bununla da bir il ərzində 2 ailə üzvünü itirən məşhur aktrisanın həyatının ən ağır günləri başlayır. Çoxları onun dəli olmaq dərəcəsinə çatdığını və evə qapandığını bildirirlər.
Məşhur aktrisanın taleyini nəvəsi Sevda Cavanşirovanın anası da yaşayıb və onun da psixi pozğunluq səbəbindən həyatının qalan hissəsini məhz hal-hazırda Sevdanin müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında keçirdiyi qeyd edilir.
Məlumatda o da deyilir ki, Sevda Cavanşirovanın anası dünyasını dəyişdikdən sonra onu “kimsəsizlər qəbristanlığı”nda dəfn ediblər. Sevdanın isə anasının taleyini yaşadığından xəbərsiz olduğu söylənilir.
Sevda ali təhsilini Rusiyada alıb və bu vaxta kimi ailə həyatı qurmayıb. Hazırda çətin günlər yaşayan Sevda Cavanşirovanın bacı və qardaşı olsa da, onlar Almaniyada yaşayırlar.Bizimxeber

Geri dön