Ana Sayfa > Siyasət > Adil Əliyevin seçicilərlə görüşündə izdiham -
Adil Əliyevin seçicilərlə görüşündə izdiham -2-02-2020, 08:30. Yazar: sevinc1 |
Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev Nərimanov Əhməd Rəcəbli küçəsində seçicilərlə görüşüb. aia.az xəbər verir ki, görüşdə seçicilərin aktivliyi müşahidə olunub. A.Əliyev seçicilərin problemlərini, təklif və tövsiyələrini dinləyib. Namizəd qeyd edib ki, deputat bütün ölkənin millət vəkilidir: “Azərbaycan insanı mənə əzizdir, onların problemini öz problemim hesab edirəm. Amma mənim məsuliyyət daşıdığım seçki dairəsi var, 3 dəfə Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişəm, ona görə də əsasən bu ərazinin problemlərini həll etməyə çalışıram. Bu illər ərzində bir çox problemlərin öhdəsindən gəlmişik, digər həll edilməyən, vətəndaşları narahat edən məsələlərin həllinə çalışacağıq”. A.Əliyev deyib ki, ölkədə seçkilərdə rəqabət yaranıb: “Mən də namizədliyimi irəli sürmüşəm. Ümid edirəm, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində aktivlik müşahidə olunacaq, hər kəs səsvermədə iştirak edəcək. Hər bir seçici səsvermədə aktiv iştirak etməklə islahatlara təkan vermiş olacaq. Əgər ötən illərdə göstərmiş olduğunuz etimadı doğrultmamışamsa, digər namizədlərə səs verə bilərsiniz. Mən seçilməsəm də, yenə sizə xidmət edəcəyəm. Çünki mənim üçün dövlətçiliyə xidmət hər şeydən önəmlidir”. Deputatlığa namizəd Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıb: “Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu davam etdirir. Ona görə də ölkədə sabitlik və əmin-amanlıqdır. Azərbaycanın 1990-cı illərin əvvəllərindən fərqli olaraq, nizami ordusu var. 2016-cı ilin aprelindəki döyüşlər bunu bir daha sübut etdi. Bu nizami ordu Dağlıq Qarabağı işğaldan azad edəcək. Hazırda ölkədə bütün sahələrdə inkişaf özünü göstərməkdədir. Ölkədə gənclər siyasəti prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu siyasətə dəstək verir”. O, deputatlığa namizədlərin yaşlı insanların əlindən öpməsinə görə tənqid olunmasına da münasibət bildirib: “Bunu müzakirəyə çıxarıb, tənqid etmək doğru deyil. Biz hər bir yaşlı insanın, şəhid anasının, atasının qapısına getməliyik, onları dinləməliyik. Bu, yalnız seçki ərəfində deyil, hər zaman olmalıdır. Bir-birimizə biganə olmamalıyıq”. aia.az Geri dön |