Ana Sayfa > Gündəm / Manşet / Karusel > Bakıda 7 “ölü müəllim” dərs keçirmiş — Bu məktəbdə FOTO

Bakıda 7 “ölü müəllim” dərs keçirmiş — Bu məktəbdə FOTO


16-02-2016, 16:12. Yazar: admin
Bakıda 7 “ölü müəllim” dərs keçirmiş — Bu məktəbdə FOTO

Xətai rayonu, 30 saylı musiqi məktəbinin bir qrup müəllimi müraciət ediblər. Müraciətdə son iki ayda kollektivə rəhbərlik edən Bətulə Məmmədovadan narazılıq ifadə olunur.
Bildirilir ki, kollektivin əvvəlki direktorlarla elə ciddi problemi olmayıb: “Bundan əvvəlki direktorumuz Eldar Bağırov idi. Sentyabrda Eldar müəllimin işdən azad olunmaq məsələsi qoyulmuşdu. Ötən ilin dekabrında öz ərizəsi ilə uzaqlaşdı. Dekabrın 30-da əmri verildi, xəstəliklə əlaqədar işdən çıxdı. Dekabrdan bu yana direktor vəzifəsi boşdur. Dərs hissə müdiri Bətulə Məmmədova direktoru əvəz edir. Kollektivin böyük hissəsi bu adamdan narazıdır”.
Müəllimlər bildirirlər ki, Bətulə Məmmədova barədə ayrı-ayrı vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, hətta Baş Prokurorluğa müraciət ediblər. Müəllimlərin narazılığına səbəb olan əsas məqamalardan biri budur ki, B.Məmmədova “ölü müəllimlər”in adına dərs saatı yazdığı halda, hər gün işə gələn müəllimlərin dərs saatını aşağı salır:
“Məktəbdə doqquz müəllimin adı siyahıda gedir, amma üzünü görən olmayıb. Sonra bir az narazılıq oldu, onlardan ikisini çıxardılar. Hazırda yeddi “ölü” müəllimimiz var. Ancaq indi də eşitmişik ki, onları da çıxarıb ki, birdən gəlib yoxlayarlar, pis olar.
Onların kartları da Bətulə Məmmədova ilə direktorda idi. Üçünün adı yadımızda qalıb-Yeganə, Zümrüd, Natavan… İndiyə kimi bizim bildiyimiz, məktəbdə 7 min yeyinti olub. Dəfələrlə müraciət və şikayətlərimizə baxmayaraq, heç birimizə nə dərs saatı verilmədi, nə də çağırıb dərdimizi soruşmadılar. Müəllimlər etiraz edəndə Bətulə Məmmədova hərəyə bir cür cavab verir. Kollektivdə 120-yə yaxın müəllim var. Kim haqqını tələb edirsə, kobudluqla qarşılaşır. Müəllimlərdən biri dərs saatı istəyib, ona deyib ki, itil burdan. Başqa bir müəllimin qolundan tutub bayıra atıb ki, çıx bayıra, sən burda dərs keçməyəcəksən”.Bizimxeber
Geri dön