Ana Sayfa > Qərbi Azərbaycan > Xudat Şəhər Xəstəxanası bağlanıb? -

Xudat Şəhər Xəstəxanası bağlanıb? -


6-02-2020, 16:33. Yazar: sevinc1
Xudat Şəhər Xəstəxanası bağlanıb? -


Tibbi Ərazi İdarəetmə Birliyi (TƏBİB) Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında yayılan məlumatlara münasibət bildirib.



TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a açıqlamasında məlumatların əsassız olduğunu düyib:



"Agentliyin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub".



O qeyd edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamyıb:



"Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib".

aia.az
Geri dön