Ana Sayfa > Manşet / Siyasət > Türk nazirlər ATƏT-in bəyanatını müzakirə etmədilər -
Türk nazirlər ATƏT-in bəyanatını müzakirə etmədilər -6-02-2020, 15:44. Yazar: sevinc1 |
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında ATƏT-in xalqların sülhə hazırlanması ilə bağlı verdiyi bəyanat müzakirə olunmadı”. Bu fikirləri Modern.az-a açıqlamasında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib. Nazir müavini qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri bu məsələdə Azərbaycanın yanındadırlar: “Bu məsələdə həm Elmar Məmmədyarov, həm də həmkarları həmişə bizim tərəfimizdə olub. Hər zaman Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan ediblər”. Qeyd edək ki, bu yaxınlarda ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqların sülhə hazırlanmasına dair bəyanat yayıb. aia.az Geri dön |