Ana Sayfa > Qərbi Azərbaycan > ÜST-dən koronavirusun müalicəsi ilə bağlı
ÜST-dən koronavirusun müalicəsi ilə bağlı6-02-2020, 12:12. Yazar: sevinc1 |
Hazırda ölümcül 2019-nCoV tipli koronavirusa qarşı dərman yoxdur. “RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə proqramlar üzrə icraçı direktoru Maykl Rayan bəyan edib. O, adekvat müalicə həyata keçiriləcəyi təqdirdə yoluxanların əksəriyyətinin ölməyəcəyindən əminliyini ifadə edib. “Virusdan ölənlərin əksəriyyəti səhhətlərində problemlər olan yaşlı insanlardır. Pasientlərin çoxu ona görə ölüb ki, orqanlarının fəaliyyəti dayanıb. Bu, virusa görə deyil, onun yaratdığı şokdan baş verir”, - deyə M.Rayan bildirib. Mütəxəssis onu da vurğulayıb ki, HİV və ya koronavirusun əvvəlki tipləri ilə mübarizədə istifadə olunan dərmanların qəbulunun effektivliyi sübut olunmayıb. Bununla belə, dövlət 2019-nCoV ilə mübarizədə effektivliyini yoxlamaq üçün sertifikatlaşdırılmış dərmanlardan, o cümlədən interferon və inhibitorlardan istifadə edə bilər. ÜST həmçinin, bu halda dərmanların effektivliyini öyrənmək üçün belə araşdırmaların nəticələrini paylaşmağa çağırış edib. aia.az Geri dön |