Ana Sayfa > Karusel / Siyasət > 315 nəfər deputatlığa namizədliyini geri götürüb

315 nəfər deputatlığa namizədliyini geri götürüb


6-02-2020, 10:42. Yazar: sevinc1
315 nəfər deputatlığa namizədliyini geri götürüb


Milli Məclisə seçkilərdə iştirak etmək üçün 1637 namizəd qeydə alınıb.

Azvision.az xəbər verir ki, onlardan 315-i namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir. Həmçinin, Mərkəzi Seçki Komissiyası (MSK) 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.


aia.az
Geri dön