Ana Sayfa > --- > Veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdı

Veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdı


5-02-2020, 16:58. Yazar: sevinc1
Veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdı


MSK ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb.



Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. O qeyd edib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb:



“Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır.



Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər”.

aia.az
Geri dön