Ana Sayfa > Gündəm > Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderlik edir
Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderlik edir4-02-2020, 16:50. Yazar: sevinc1 |
![]() Azərbaycan 2020-ci il “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 63-cü yeri tutub. Trend-in məlumatına görə, bu nəticə ilə Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə lider ölkə olub. Həmin reytinqdə Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb. Qeyd edək ki, “Qlobal atəş gücü” reytinqi tərtib olunarkən 50 fərqli amil nəzərə alınır. Buraya aviasiya, zirehli texnika, hərbi-dəniz qüvvələrinin sayı və gücü, eləcə də təbii ehtiyatlar, insan ehtiyatları, nəqliyyat və logistika imkanları daxildir. aia.az Geri dön |