Ana Sayfa > Karusel / Ölkə > Bakıda yeddi yaşlı qıza təcavüzə cəhd edilib
Bakıda yeddi yaşlı qıza təcavüzə cəhd edilib4-02-2020, 14:24. Yazar: sevinc1 |
Bakının Xəzər rayonunun hüquq-mühafizə orqanlarına azyaşlı qız uşağına qarşı təcavüzə cəhd edildiyi barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub. Fevral ayının 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib. Qadın bildirib ki, 29 yaşlı qonşusu onun yeddi yaşlı qızına qarşı cinsi təcavüz etməyə cəhd göstərib. Qadının söyləyib ki, səhər saatlarında qonşusu onun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub. Hazırda istintaq məlumatın hansı dərəcədə doğru olduğunu araşdırır. Faktla bağlı hələlik saxlanılan yoxdur. aia.az Geri dön |