Ana Sayfa > Gündəm > Baş prokurorun müavini Ucar və Ağdaş rayon sakinlərini qəbul edəcək

Baş prokurorun müavini Ucar və Ağdaş rayon sakinlərini qəbul edəcək


4-02-2020, 13:03. Yazar: sevinc1
Baş prokurorun müavini Ucar və Ağdaş rayon sakinlərini qəbul edəcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il fevralın 13-də saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar və Ağdaş rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluqdan aia.az-a məlumat verilib.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

aia.az
Geri dön