Ana Sayfa > Karusel / Cəmiyyət > Xidmətdə olan polisi vurub öldürən sürücünün kimliyi bilindi

Xidmətdə olan polisi vurub öldürən sürücünün kimliyi bilindi


4-02-2020, 12:04. Yazar: sevinc1
Xidmətdə olan polisi vurub öldürən sürücünün kimliyi bilindi


Bakıda dünən xidmətdə olarkən avtomobillə vurularaq öldürülən polis əməkdaşının kimliyi bəlli olub.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, fevralın 3-ü saat 08 radələrində Mərdəna qəsəbəsi istiqamətində hərəkətdə olan 1957-ci il təvəllüdlü Firudin Ömərov idarə etdiyi “Toyota Land Cruzer” markalı 90 GZ 552 nömrəli avtomobillə yolun kənarında səkidə duran Çevik Polis Alayının serjantı Natiq Məhərrəmovu vurub.


Nəticədə, N.Məhərəmmov hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

aia.az
Geri dön