Ana Sayfa > Manşet / Parlament > Bakıda sabiq icra başçısının oğlu arvadının boğazını kəsdi
Bakıda sabiq icra başçısının oğlu arvadının boğazını kəsdi4-02-2020, 11:19. Yazar: sevinc1 |
Paytaxtın Yasamal rayonunda Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb. Unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. aia.az Geri dön |