Ana Sayfa > Karusel / Gündəm > Fəzail Ağamalının seçicilərlə görüşü keçirildi -

Fəzail Ağamalının seçicilərlə görüşü keçirildi -


4-02-2020, 11:01. Yazar: sevinc1
Fəzail Ağamalının seçicilərlə görüşü keçirildi -


Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirildi. Çoxsaylı secicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar.

Fəzail Ağamalı dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən , 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli Liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin güçünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi və ölkə prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayandı.

Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər.Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzuladılar.

Secicilərlə görüşdən sonra Fəzail Ağamalı torğaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı ziarət etdi.

aia.az


[media=https://www.youtube.com/watch?v=PWbSv09K3jI&feature=youtu.be&fbclid=IwAR2-t5EoFqsklSujFW-Vk4IewaGWdIRacVIkg5cK5VYxNhXdVCYbK4oz-9Y]











Geri dön