Ana Sayfa > Dünya > Qasım Süleymaninin yaxın adamı öldürüldü

Qasım Süleymaninin yaxın adamı öldürüldü


4-02-2020, 10:20. Yazar: sevinc1
Qasım Süleymaninin yaxın adamı öldürüldü


İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyadakı atışmalar zamanı komandirlərindən biri olan Əsgər Paşapurun öldürüldüyünü açıqlayıb.



Bu barədə İran dövlət televiziyasının internet səhifəsi “İribnews” informasiya yayıb.



Məlumata görə, Ə.Paşapur ötən gün Hələb şəhərində suriyalı müxaliflərlə atışma zamanı öldürülüb.



Qeyd edək ki, Ə.Paşapur İraqda ötən ay öldürülən iranlı general Qasım Süleymaninin yaxın münasibəti olan həmkarlarından biri olub.

aia.az
Geri dön