Ana Sayfa > Cəmiyyət > İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb

İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb


3-02-2020, 18:01. Yazar: sevinc1
İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb


İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.


aia.az
Geri dön