Ana Sayfa > Qərbi Azərbaycan > Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölənlərin sayı 7-yə çatdı -

Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölənlərin sayı 7-yə çatdı -


1-02-2020, 14:16. Yazar: sevinc1
Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölənlərin sayı 7-yə çatdı -


Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda 23 yaşlı kişi soyuqdəymədən ölüb.



TƏBİB-dən Modern.az-a bildirilib ki, 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alan 1977-ci il təvəllüdlü Bakı şəhər sakini ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib.



Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.



Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.



Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı 7 nəfərə çatıb.

aia.az
Geri dön