Ana Sayfa > Karusel / Gündəm > General təqaüdə göndərildi -
General təqaüdə göndərildi -31-01-2020, 17:29. Yazar: sevinc1 |
![]() Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. aia.az Geri dön |