Ana Sayfa > Karusel / Siyasət > MSK sədri namizədləri ədalətli olmağa çağırıb

MSK sədri namizədləri ədalətli olmağa çağırıb


31-01-2020, 16:58. Yazar: sevinc1
MSK sədri namizədləri ədalətli olmağa çağırıb


Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolverilməzdir.

Trend-in məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bəzi namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

MSK sədri vurğulayıb ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.

aia.az
Geri dön