Ana Sayfa > Qərbi Azərbaycan > Bakıda koronavirusla bağlı 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi -

Bakıda koronavirusla bağlı 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi -


31-01-2020, 16:25. Yazar: sevinc1
Bakıda koronavirusla bağlı 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi -


Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:

"Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də 1 mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".


aia.az
Geri dön