Ana Sayfa > Parlament / Aia TV / Karusel > Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi
Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi16-02-2016, 10:29. Yazar: admin |
Cinayət işi başlanıb. Beyləqanda dəhşətli qətl törədilib. Aia.az xəbər verir ki, rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib. Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş. Faktla bağlı Beyləqan rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Geri dön |